CNN Ukrayna şəhərini Rusiya ərazisi kimi təqdim etdi - VİDEO

      CNN    Ukrayna şəhərini Rusiya ərazisi kimi təqdim etdi - VİDEO
  26 Yanvar 2022    Oxunub:1717
Amerikanın məşhur telekanalı olan CNN Ukraynanın Xarkov şəhərini Rusiya ərazisi kimi təqdim edib. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rusiya səfirliyi ABŞ-ın Kiyevə hərbi yardımını "neonasist"lərə dəstək adlandırdı
Telekanal Rusiya ordusunun hərbi təlimlərindən kadrlar nümayiş etdirib. Ekranın sağ küncündə isə Rusiyanın Xarkov şəhəri yazılıb. Əslində reportaj müaəllifləri texnikanın görüntüləndiyi rus qəsəbəsinin adını yazmaq əvəzinə, çaşıb Ukrayna şəhərinin adını yazıblar.

Gülməli burasıdır ki, hadisə məhz Qərb mediası və siyasətçilərinin Rusiyanı Ukraynanı işğala hazırlaşmaqda ittiham etdiyi və Moskvanı “görünməmiş sanksiyalarla” hədələdiyi bir vaxtda baş verib.



Tural Tağıyev
AzVision.az



Teqlər:   CNN   Rusiya   Ukrayna  



Xəbər lenti