"Foreign Policy": "Kiyev xalq müqaviməti hərəkatı yaradır"

   "Foreign Policy":    "Kiyev xalq müqaviməti hərəkatı yaradır"
  27 Yanvar 2022    Oxunub:1038
Rusiya ilə Ukrayna arasında yaranmış gərginlik artmaqdadır. NATO və ABŞ Kremlin Kiyevə qarşı müharibəyə hazırlaşdığını bəyan etsə də, Moskva səsləndirilən iddiaları rədd edir.
AzVision.az xəbər verir ki, yaranmış gərginlik fonunda dünya mediası da prosesləri dərindən təhlil edərək əslində Avropanın yeni təhlükəli müharibənin astanasında olduğunu yazır.

ABŞ Şərqi Avropaya min hərbçi göndərmək istəyir
Məsələn, "Foreign Policy"-də gedən məqalədə qeyd edilir ki, Ukraynada artıq xalq müqaviməti hərəkatı ilə bağlı hazırlıq işləri görülür. Qeyd edilir ki, Ukrayna Müdafiə Nazirliyi bu istiqamətdə xüsusi plan hazırlayaraq onu Qərb hərbçiləri ilə bölüşüb.

- Rusiya-Ukrayna sərhədində artan gərginliyə görə Kiyev xalq müqaviməti yaratmağa hazırlaşır. Hazırlanmış və təlim keçirilmiş insanlar rusların işğala başlayacağı halda ordu ilə bərabər döyüşməli olacaqlar,- məqalədə yazılıb.

“Foreign Policy” nəşri iddia edir ki, yaradılan bu yeni briqadalar Ukrayna ordusunun cinahlarını müdafiə edəcək. Onlar regionlarda, böyük şəhərlərdə və Kiyevdə yerləşdiriləcəklər. Bu müqavimət briqadalarına isə xüsusi təyinatlıların nümayəndələri təlim keçəcəklər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Müharibə  





Xəbər lenti