"Yeganə ölkəyik ki, Baş qərargah rəisi ağır cinayətdə ittiham edilir"- Kazinyan

   "Yeganə ölkəyik ki, Baş qərargah rəisi ağır cinayətdə ittiham edilir"-    Kazinyan
  27 Yanvar 2022    Oxunub:499
"Ermənistan dünyada ilk ölkədir ki, Silahlı Qüvvələrin Baş qərargah rəisi xüsusilə ağır cinayət törətməkdə ittiham olunur".
AzVision.az xəbər verir ki, bu barədə "Hayastan” fraksiyasının deputatı Artur Kazinyan yerli mediaya verdiyi açıqlamada məlumat verib. O, ölkəsində baş verən arzuolunmaz proseslərdən gileylənib.

Davtyan yararsız sursat işi ilə bağlı ifadə verməkdən imtina edib
- Artıq iki aydır ki, adı cinayət işində hallanan Davtyan Ermənistan Respublikasının Silahlı Qüvvələrinə rəhbərlik edir. Ermənistan Konstitusiyasının 14.1-ci maddəsinə əsasən, Silahlı Qüvvələr müdafiəni, təhlükəsizliyi, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin edir. Və bu dərəbəylik, özbaşınalıq vəziyyətində sabah biz Ermənistan ordusunun yaranmasının 30 illiyini qeyd edəcəyik. Necə deyərlər, dağıdın, sona qədər məhv edin...

Xatırladaq ki, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbs edilib. Onun əli olduğu iddia edilən cinayət işlərində Baş qərargah rəisi Davtyanın da adı keçir. Artak Davtyan isə bu günlərdə istifadəyə yararsız aviasiya sursatlarının alınması ilə bağlı həmin cinayət işi çərçivəsində ifadə verməkdən imtina edib.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Deputat   Cinayət  







Xəbər lenti