Davtyan yararsız sursat işi ilə bağlı ifadə verməkdən imtina edib

 Davtyan    yararsız sursat işi    ilə bağlı ifadə verməkdən imtina edib
  20 Yanvar 2022    Oxunub:1019
Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Artak Davtyan istifadəyə yararsız aviasiya sursatlarının alınması ilə bağlı cinayət işi çərçivəsində ifadə verməkdən imtina edib.
AzVision.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri məlumat yayıb.

Bildirilir ki, dünən İrəvanda qalmaqallı cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib.

- İşdə fiqurant kimi keçmişdə müdafiə naziri olmuş Davtyandan başqa müttəhimlər eks-nazir David Tonoyan, biznesmen, silah alverçisi David Qalstyanın, Baş qərargah rəsinin keçmiş müavini Stepan Qalstyan və bir sıra digər keçmiş hərbçilərin adı hallanır. Hazırda Baş Qərargah rəisindən başqa hamısı həbsdədir,-məqalədə yazılıb.

Tonoyan açıq məhkəmə tələb edir
Nəşrin yazdığına görə, Davtyan isə bundan əvvəl Milli Təhlükəsizlik Xidmətində dindirilərkən ifadə verməkdən imtina edib.

General müstəntiqin ona ünvanladığı suallara cavab olaraq yazıb:

- Öz hüquqlarımdan istifadə edərək, ittihamı qəbul etmirəm. Prosesə etiraz edir və ifadə verməkdən imtina edirəm.

Xatırladaq ki, istintaq adı çəkilən şəxsləri istifadəyə yararsız təyyarə raketlərinin alınmasında iştirakda və 4,6 milyon dolları mənimsəməkdə ittiham edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Məhkəmə  





Xəbər lenti