Forbes: "Rusiyanın Kiyevlə döyüşdə əsas üstünlüyü sualtı qayıqlar olacaq"

      Forbes:    "Rusiyanın Kiyevlə döyüşdə əsas üstünlüyü sualtı qayıqlar olacaq"
  28 Yanvar 2022    Oxunub:891
Qərb ölkələri ilə Rusiya arasında yaranmış gərginlik günbəgün daha da artır. NATO və ABŞ Moskvanı Ukraynaya hücuma hazırlaşmaqda ittiham etsə də, Kreml qonşusuna qarşı hərbi güc tətbiq etmək niyyətində olmadığını bəyan edir.
AzVision.az xəbər verir ki, bu gün məşhur “Forbes” jurnalı isə yazıb ki, Rusiya müharibə hazırlıqları çərçivəsində sualtı qayıqları da işə salıb. Nəşrin jurnalisti Devid Eksin fikrincə, Rusiyanın Ukraynaya müdaxiləsi halında Kiyevin “Neptun” gəmi əleyhinə raket kompleksləri ölkə sahillərini desant qrupların atılmasından qoruya bilməyəcək. Nəşr yazır ki, desant gəmilərini Ukrayna sahillərinə göndərməzdən əvvəl Rusiya Federasiyasının Qara Dəniz Donanması özünün sualtı qayıqlarını dənizə buraxacaq ki, bu da raket zərbələri ilə desant əməliyyatı üçün yolu asanlıqla aça, gəmi əleyhinə batareyaları məhv edə və Ukrayna Hərbi Dəniz Qüvvələrinin gəmilərini batırmağa qadirdir.

Latviya Ukraynaya qoşun bölmələri göndərir
- Bundan sonra gəmilər Ukrayna sahillərinə yaxın bir yerə çıxacaq və müqavimət görmədən Ukrayna Silahlı Qüvvələrinin ölkə ərazisinin dərinliklərində yerləşən mövqelərinə və istehkamlarına raket zərbələri endiriləcək,- məqalədə yazılıb.

Müəllif hesab edir ki, sualtı qayıqlar Rusiya donanmasının Qara dənizdəki əsas zərbə qüvvəsi və əsas üstünlüyüdür. Ukraynaya gəlincə, onun kiçik donanmasına yalnız bir dizel-elektrik sualtı gəmisi olan "Zaporijjye" daxil idi. Hansı ki, o uzun müddət estakadada paslanmışdı və Krımın Rusiyaya birləşdirilməsindən sonra metal qırıntılarına çevrilmişdi.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Rusiya   Ukrayna   Müharibə  







Xəbər lenti