İrəvanda qoca qadınlar bıçaqlaşıblar

İrəvanda qoca qadınlar bıçaqlaşıblar
  28 Yanvar 2022    Oxunub:710
Ermənistanda maraqlı cinayət hadisəsi baş verib. AzVision.az xəbər verir ki, yerli saytlar 61 yaşlı qadın 67 yaşlı həmcini bıçaqlayıb.
İrəvan sakinləri olan qadınlar qonşu olublar.

76 yaşlı erməni 70 yaşlı arvadını öldürdükdən sonra meyitini doğrayıb
- Hadisə yanvarın 27-də saat 17:30 radələrində İrəvanda Ərəbkir inzibati rayonunda yerləşən evlərdən birində baş verib.İki qadın öz aralarında mübahisə edərkən qarşıdurma yaranıb. Hər ikisi bıçağa əl atsa da, nəticədə 61 yaşlı Marina A. 67 yaşlı Lusik G.-ni başından vuraraq yaralayıb. Zərərçəkmiş paytaxt tibb mərkəzlərindən birinə yerləşdirilib. Hər iki şəxs ahıl yaşda olduğu üçün cinayət hadisəsi cəmiyyətdə təəccüblə qarşılanır,-məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Cinayət   Bıçaq  





Xəbər lenti