Məxfi Xidmət Baydenə sui-qəsdin qarşısını aldı

   Məxfi Xidmət Baydenə    sui-qəsdin    qarşısını aldı
  29 Yanvar 2022    Oxunub:773
ABŞ-ın Kanzas ştatının sakini prezident Co Baydeni sui-qəsdlə hədələyib. O, artıq hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. AzVision.az xəbər verir k, bu barədə "Daily Beast" məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, saxlanılan Skott Merriman adlı Amerika vətəndaşı olub. Merriman deyirmiş ki, guya Tanrı ona Vaşinqtona getməyi və “millətin ürəyindəki ilanın başını kəsməyi” əmr edib.

"Qoşunları Avropaya yerləşdirməyə hazırıq" - Pentaqon rəhbəri
“New York Post” qəzeti isə yazır ki, Kanzas polisi bununla bağlı əvvəllər Məxfi Xidmətə məlumat ötürübmüş. Məlumatda deyilib ki, Merriman onlara zəng edərək “prezidenti görmək” üçün Vaşinqtona yollanacağını bəyan edib. O, hüquq-mühafizə orqanlarının nümayəndələrinə Baydenə insanların "ölkədəki parçalanmadan bezdiyini və Allaha müraciət etməsini" söyləmək üçün Ağ Evə getdiyini deyib. Merriman həmçinin Facebook səhifəsində də hədələyici paylaşımlar edibmiş.

Gizli Xidmət əməkdaşları çərşənbə günü Merrimanı avtomobillə Kanzasdan Merilend ştatına gdərkən restoranın dayanacağında saxlayıblar.
Onda silah və hədəfləri müşahidə etmək üçün optik cihaz aşkar edilib.
“New York Post”un məlumatına görə, cümə günü Merrimana qarşı cinayət işi açılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   Sui-Qəsd   ABŞ   Polis  





Xəbər lenti