Oğurluğa gedən erməni binadan yıxıldı

Oğurluğa gedən erməni binadan yıxıldı
  29 Yanvar 2022    Oxunub:1307
Ermənistanda maraqlı cinayət hadisəsi baş verib. Oğurluğa cəhd edən şəxs binadan yıxılıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
- Tsaxkadzor şəhərində 44 yaşlı kişi oğurluq etmək istəyib. Lakin binanın üçüncü mərtəbəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polisin mətbuat xidməti məlumatı təsdiqləyib. Xəstəxanaya gələn polis vətəndaşın hansı səbəbdən binadan yıxılmasını araşdıranda məlum olub ki, o, başqasının evinə girməyə cəhd edirmiş.

İrəvanda qoca qadınlar bıçaqlaşıblar
Hadisə Pəhlavunyats küçəsində yerləşən binanın 3-cü mərtəbəsində baş verib. Cinayətkar pəncərədən evə daxil olmaq istədiyini etiraf edərək necə yıxıldığını xatırlamadığını söyləyib,-saytlar yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Oğru  





Xəbər lenti