"Kalibr" raketli rus gəmiləri Britaniya sahillərində

      "Kalibr"    raketli rus gəmiləri Britaniya sahillərində
  01 Fevral 2022    Oxunub:1390
"Rusiya hərbi gəmilərindən ibarət xüsusi qrup Böyük Britaniyanın şərq sahillərində görüntülənib". AzVision.az xəbər verir ki, bu barədə Rusiya hərbi saytları məlumat yayıb.
Bildirilir ki, rus hərbçilərin idarə etdikləri gəmilərlə bağlı informasiya ilk olaraq sosial media vasitəsilə ictimailəşib.

Forbes: “Putinin desant "qambiti” Qərbdə panika yaratdı"
- Bəzi aktiv “Twitter” istifadəçilərinin sözlərinə görə, dənizdə hərəkətə keçən rus gəmiləri La-Manş boğazına doğru istiqamət alıb. Bildirilir ki, manevrləri iri sualtı qayıqlara qarşı nəzərdə tutulmuş “Vitse-Admiral Kulakov” gəmisi, donanmanın “Admiralı Kasatonov” freqatı, “Marşal Ustinov” raket kreyseri, SB-406 yedək gəmisi, “Vyazma” və “Kama” tankerləri həyata keçirir.



Üstəlik, ərazidə onların yanında 1-ci daimi NATO dəniz qrupunun bir hissəsi olan Danimarka Hərbi Dəniz Qüvvələri HDMS Peter Willemoes hərbi freqatı da olub. Hələlik mediaya gəmilərin məlum hərəkəti ilə bağlı rəsmi məlumat daxil olmayıb. Xatırladaq ki, yuxarıda adı çəkilən Rusiya gəmilər qrupunun göyərtəsində “Kalibr” qanadlı raketləri və digər raket silahları var,-məqalədə yazılıb.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında gərginlik yaranıb. Gərginlik "Ukrayna böhranı"na görə meydana gəlib. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər.

ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Gəmi  



Xəbər lenti