“Rusiyanın SWIFT-dən çıxması Ermənistana ciddi təsir edəcək”- Mərkəzi Bankın sədri

“Rusiyanın SWIFT-dən çıxması Ermənistana ciddi təsir edəcək”-  Mərkəzi Bankın sədri
  01 Fevral 2022    Oxunub:1002
"Rusiyanın SWIFT maliyyə köçürmə sistemindən çıxmasının Ermənistan üçün ciddi nəticələri ola bilər". AzVision.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Martin Qalstyan jurnalistylər üçün keçirdiyi mətbuat konfransında deyib.
O, ABŞ-ın Rusiyaya qarşı mümkün sanksiyaları ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, proseslərin Ermənistana mümkün təsiri sanksiyaların ağırlığının miqyasından asılıdır.

"Rusiya ABŞ-ın sanksiyalarına görə geri addım atan deyi"- Səfirlik
- Əgər 2015-ci ildə olduğu kimi sanksiyalar yalnız fərdlərə şamil edilsə, o zaman Ermənistana təsir o qədər də güclü olmayacaq. Yox, əgər onlar maliyyə sektoruna da təsir etsələr, bu, rublun məzənnəsinin aşağı düşməsi ilə nəticələnə bilər. O halda da bu Ermənistan mallarının Rusiya bazarında rəqabət qabiliyyəti xeyli azaldacaq, - Qalstyan deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya   Sanksiya  



Xəbər lenti