Dövlət Departamentindən amerikalılara çağırış: "Belarusa getməyin!"

Dövlət Departamentindən amerikalılara çağırış:    "Belarusa getməyin!"
  01 Fevral 2022    Oxunub:1127
ABŞ Dövlət Departamenti vətəndaşlara çağırış edərək Belarusa səfər etməməyi məsləhət görüb.
AzVision.az xəbər verir ki, Belarusa səfərdən çəkinmək üçün səbəblər siyahısında ölkənin Ukrayna ilə sərhədlərində rus qoşunlarının "qeyri-adi və narahatedici" cəmləşməsi göstərilib.

Forbes: “Putinin desant "qambiti” Qərbdə panika yaratdı"
"Ukrayna ilə sərhəddə qeyri-adi və narahatedici Rusiya hərbi fəaliyyətinin artması səbəbindən Belarusda olan və ya oraya səyahət etməyi düşünən ABŞ vətəndaşları vəziyyətin gözlənilməz olduğunu, bölgədə gərginliyin artdığını bilməlidirlər, - bəyanatda deyilir.

Qeyd edək ki, bir gün əvvəl Dövlət Departamenti Belarusda çalışan amerikalı diplomatların ailələrinin təxliyəsi barədə göstəriş verib.

Moskva və Minskdə isə bəyan edirlər ki, Rusiya hərbçiləri müdafiə xarakteri daşıyan və heç kimə təhlükə yaratmayan birgə təlimlərdə iştirak etmək üçün Belarusdadırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Belarus   Rusiya  



Xəbər lenti