Blinken Lavrova "Dialoqları davam etdirməyə hazırıq!" dedi |
Rusiya prezidenti əsas məqamlar arasında NATO-nun genişlənməsinin qarşısının alınması, Rusiya sərhədləri yaxınlığında zərbə silah sistemlərinin yerləşdirilməsindən imtina, eləcə də blokun Avropadakı hərbi infrastrukturunun 1997-ci il vəziyyətinə qaytarılmasını qeyd edib.
Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında gərginlik yaranıb. Bu beynəlxalq siyasi böhran Ukraynaya görə meydana gəlib. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər.
ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.
Tural Tağıyev
AzVision.az