Ukrayna Donbasa 2 "Bayraktar" göndərib

 Ukrayna Donbasa 2    "Bayraktar"    göndərib
  04 Fevral 2022    Oxunub:1856
Ukrayna ilə Rusiya arasında yaranmış hərbi-siyasi böhran böyüməkdədir. Artıq bəzi xarici KİV-lər Kiyevin ən müasir kəşfiyyat sistemlərindən yararlandığını, "Bayraktar"ları tez-tez işə saldığını iddia edirlər.
AzVision.az xəbər verir ki, Rusiya hərbi saytları Ukraynanın havaya qaldırdığı Pilotsuz Uçuş Aparatlarının (PUA) əsas hədəfinin Donbas olduğunu yazırlar.

İsrail təyyarələri rus hərbi bazasını hədəfə alıb?- FOTOLAR
- Kiyev bir neçə "Bayraktar TB2"ni Donbasa doğru yönəldib. Onlar məlum respublikaların (Ukraynanın şərqində yerləşən tanınmayan "ölkələr" -red.) əraziləri yaxınlığında kəşfiyyat uçuşu həyata keçiriblər. Avia.pro-nun əməkdaşları isə Ukrayna Silahlı Qüvvələrinə məxsus iki pilotsuz təyyarənin kəşfiyyat uçuşu ilə bağlı təsdiqlənməmiş məlumat yayıb. O da dəqiqləşdirilib ki, PUA-lardan biri missiyasını başa vuraraq aviabazaya qayıdanda onu əvəz etmək üçün başqa bir pilotsuz uçuş aparatı havaya qalxıb. Eyni zamanda, hər hansı zərbənin endirilməsi haqqında da məlumat yoxdur,-məqalədə yazılıb.



Hərbi saytın ekspertləri hesab edirlər ki, Ukrayna hərbçilərinin pilotsuz təyyarələrdən aktiv istifadə etməsi Donbasda hücuma hazırlığından xəbər verə bilər.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər.

ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Bayraktar   Ukrayna   Rusiya   Donbas  



Xəbər lenti