Bayden Ukraynaya hücuma hazırlaşan ölkəni səhv saldı - VİDEO

Bayden Ukraynaya hücuma hazırlaşan ölkəni səhv saldı -    VİDEO
  08 Fevral 2022    Oxunub:797
ABŞ prezidenti Co Bayden növbəti dəfə qarışıq nitqi ilə medianın gündəminə çevrilib. AzVision.az xəbər verir ki, o, Almaniya kansleri Olaf Şolzla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında hansı ölkənin Ukraynaya hücuma hazırlaşmasını dəqiq səsləndirə bilməyib.
Çaş-baş qalan ABŞ prezinti hətta müttəfiqlərinin-Almaniyanın adını hallandırıb.

Bayden Harrisi üçüncü dəfə prezident adlandırdı - VİDEO
- İcazə verin, birinci suala cavab verim. Əgər Almaniya... Rusiya Ukraynanı işğal edərsə, yəni tanklar və qoşunlar yenidən Ukrayna sərhədini keçsə, o zaman "Şimal axını 2" olmayacaq. Biz buna son qoyacağıq, - amerika lideri deyib.

Jurnalistin "Əgər onu Almaniya kontrol edirsə, siz bunu necə edəcəksiniz?" sualına isə Bayden "Sizə söz verirəm, biz bunu edə bilərik" deyərək cavab verib.



Şolz isə səslənən məlum xəbərdarlıqla razı olduqlarını ifadə edib.

- Biz bu məsələdə tamamilə həmrəyik. Rusiyanın Ukraynaya hücumu halında ABŞ və Almaniya sanksiyalarla bağlı eyni addımı atacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   Ukrayna   Rusiya   Almaniya  



Xəbər lenti