Basarkeçərdə gərginlik:Ermənilər yolu bağlayıb- CANLI
08 Fevral 2022
Oxunub:1192
Ermənistanda etiraz aksiyası keçirilir. AzVision.azxəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, xeyli sayda insan Basarkeçər(Vardenis-red.) yolunu bağlayıb.
- Burada gərgin vəziyyət yaranıb, vətəndaşlar etiraz aksiyası keçirir və Ağsaqqallar Şurasının “Aharon Xaçatryan” fraksiyasının lideri Aron Xaçatryanın Basarkeçər şəhərinin Ağsaqqalar Şurasının (icması-red.) rəhbəri seçilməsini tələb edirlər.
Xatırladaq ki, dekabrın 5-də Basarkeçərdə keçirilən yerli seçkilərdə “Vətəndaş müqaviləsi” fraksiyası 13, “Aharon Xaçatryan” bloku 10, “Birləşmiş Vardenis” 4 mandat qazanıb. Müxalifət qüvvələri seçkilərdən sonra koalisiya yaratmaqla bağlı memorandum imzalayıblar və artıq mandatların sayı bələdiyyə sədrini seçmək üçün kifayət edirmiş.
"Vətəndaş Müqaviləsi" Basarkeçər şəhərinin genişləndirilmiş icmasının yeni seçilmiş Ağsaqqallar Şurasının ilk iclasının nəticələrinin ləğv edilməsini tələb edərək İnzibati Məhkəməyə müraciət edib. Məhkəmə iddianı qismən təmin edib və mer seçkilərinin nəticələrini ləğv edib.