Forbes: "Rus "Kinjal"ları NATO-ya ciddi xəbərdarlıqdır"

  Forbes: "Rus "Kinjal"ları NATO-ya ciddi xəbərdarlıqdır"
  10 Fevral 2022    Oxunub:3050
Rusiya ilə NATO arasında yaranmış hərbi gərginlik artmaqdadır. xəbər verir ki, Qərb mediası tərəflərin əzələ nümayiş etdirməsinə dair silsilə yazılar dərc edirlər.
AzVision.azxəbər verir ki, ABŞ-ın məşhur "Forbes" nəşri Moskvanın NATO ölkələrinə xüsusi mesaj göndərməsindən yazıb.

"Atlantico": "NATO-nun genişlənməsi Rusiya ilə qaçılmaz müharibəyə səbəb olacaq"
Qeyd edilir ki, Rusiya Kalininqrada “Kinjal” hipersəs raketi ilə silahlanmış olan MiQ-31K qırıcılarını yerləşdirib. Bu isə o deməkdir ki, hazırda NATO üzvü olan ölkələrin paytaxtları həmin rus silahlarının əhatə dairəsinə düşüb.

Məqalə müəllifi xatırladıb ki, MiQ-31K-lar adətən Kalininqrad vilayətindəki aviabazada yerləşdirilmirlər. Bu bölgə güclü quru qoşunları qrupunun və Baltik Donanmasının mühafizəsi altındadır.

- Ona görə də “Kinjal”lı qırıcıların bura yerləşdirilməsi Şimali Atlantika Alyansına ciddi xəbərdarlıq kimi qiymətləndirilməlidir,- “Forbes” yazıb.



MiQ-31K-nın ABŞ-ın Polşaya qoşun yeritməyə başlamasından dərhal sonra Kalininqrad vilayətində peyda olmasına diqqət çəkən nəşr həmçinin "Kinjal" raketlərinin uçuş məsafəsini də xatırladıb.

- Onlar istənilən Qərbi Avropa paytaxtına çata bilirlər. “İsgəndər” operativ-taktiki raket kompleksləri də Kalininqrad vilayətində yerləşir. Lakin bu raketlər yalnız Berlinin şimal sahəsini əhatə edə bilir.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.
Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   NATO  





Xəbər lenti