"Atlantico": "NATO-nun genişlənməsi Rusiya ilə qaçılmaz müharibəyə səbəb olacaq"

  "Atlantico":  "NATO-nun genişlənməsi Rusiya ilə qaçılmaz müharibəyə səbəb olacaq"
  09 Fevral 2022    Oxunub:1653
Ukrayna böhranı ətrafındakı gərginlik artmaqdadır. Qərb mediası artıq bir aydan çoxdur ki, Avropanın Rusiya ilə müharibənin bir addımlığında olduğunu yazır
Fransız analitik Aleksandr del Valle “Atlantico” nəşrində mövzuya dair maraqlı bir təhlil dərc etdirib. O, məqaləsində Ukrayna ətrafında yaranmış gərgin vəziyyətin qlobal münaqişəyə çevrilə biləcəyini proqnozlaşdırıb. Bu müharibədə təkcə Rusiya və Ukrayna deyil, Avropa ölkələrinin yarısı da iştirak edəcək.

Kedmi: "ABŞ Rusiya ilə nüvə müharibəsinin ilk dəqiqələrində məhv olacaq"
Fransız analitikin sözlərinə görə, münaqişənin təhrikçisi Şərqə doğru genişlənməsini davam etdirən Şimali Atlantika Alyansı(NATO) olacaq. Ekspert əmindir ki, ABŞ və NATO Ukrayna ərazisindən Rusiya ilə qarşıdurma üçün tramplin kimi istifadə etməyə çalışırlar. Bu isə müharibəyə səbəb ola biləcək çox təhlükəli bir vəziyyət yaradır.
Eyni zamanda, Aleksandr del Valle xatırladıb ki, 2014-cü ildən Moskva və Kiyev bir-birinə qarşı aqressivlik nümayiş etdirsə də, bu, birbaşa toqquşmalara gətirib çıxarmayıb.



Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.
Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   NATO   Münaqişə  





Xəbər lenti