Qeyd edilir ki, Belarusun 5 poliqonunda, eləcə də digər ayrı-ayrı xüsusi seçilmiş ərazilərdə eyni anda irimiqyaslı manevrlər keçirilir.
- Əraziyə çoxlu sayda canlı qüvvə və hərbi texnika cəlb olunub. Təlimlər zamanı xarici aqressiyanın qarşısının alınması və dəf edilməsi üzrə tapşırıqlar işlənəcək. Planlaşdırılan təlim ssenarisinə əsasən, hərbçilər dövlət sərhədinin mühafizəsini gücləndirəcək, silahlı dəstələrin ölkəyə keçməsinin qarşısını alacaq, silah və sursatların çatdırılması "kanallar"ını bağlayacaq. Onlar həmçinin xəyali düşmənin qanunsuz birləşmələrini və təxribat-kəşfiyyat qruplarını tapıb məhv etməlidirlər.
Xatırladaq ki, bir müddət öncə Rusiyanın müdafiə naziri Sergey Şoyqu rusiya qoşunlarının Belarusla təlimlər üçün 10 min km məsafə qət etdiyini bildirmişdi.
Tural Tağıyev
AzVision.az