"Rusiya Qara dəniz regionundan bir dəfəyə 536 raket atacaq" - Reportyor

   "Rusiya Qara dəniz regionundan bir dəfəyə 536 raket atacaq" -    Reportyor
  11 Fevral 2022    Oxunub:1386
Rusiya ilə NATO arasında yaranmış gərginlik artmaqdadır. Qərb mediası "Ukrayna böhranı" adlandırılan bu hərbi-siyasi gərginliyin sonda müharibə ilə nəticələnəcəyini yazır.
AzVision.az xəbər verir ki, Rusiya mətbuatında da artıq Şərqi Avropanın barıt çəlləyinə çevrilməsinə dair onlarla təhlil yazısına rast gəlmək olar.

Forbes: "Rus "Kinjal"ları NATO-ya ciddi xəbərdarlıqdır"
Məsələn "Peportyor" nəşrində dərc edilən məqalədə bir sıra diqqət çəkən məqamlar yer alıb. Mütəxəssislər yazırlar ki, Rusiyanın raket potensialı güclü olmaqla yanaşı, ondan səmərəli istifadə təcrübəsi də NATO ölkələrinkindən çoxdur.
- Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələri düşmənin yerüstü hədəflərinə bir dəfəyə 536 raket atmağa qadirdir. NATO-nun raketdən müdafiəsi isə belə bir ani hücuma qarşı gücsüz ola bilər.
Rusiya hərbi gəmiləri və sualtı qayıqları kütləvi raket zərbələri endirmək üçün geniş imkanlara malikdir. Bu cür zərbələrə Qara dəniz regionunda yerləşən sahil raket sistemləri və operativ-taktiki raket sistemləri (OTRK) da cəlb oluna bilər.

“Varşavyanka” layihəsinin 6 sualtı qayığı bir atışa 24 raket atacaq. Döyüş gəmiləri isə 104 "Kalibr" qanadlı raketlərini buraxacaq. “İsgəndər” və “İskəndər-M” operativ-taktiki raket sistemlərini də unutmaq olmaz. Onların hədəflərə 272 mərmi göndərmək imkanı var. Həm də sahil raket sistemləri 136 raket atmaqla bu ani hücumu tamamlayacaq. Beləliklə, bir yaylım atəşinə düşmən mövqelərinə yarım mindən çox raket atılacaq. Onların qarşısını almaq NATO-nun hava və raket hücumundan müdafiəsi üçün demək olar ki, qeyri-mümkün görünür,-məqalə müəllifləri yazıb.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Raket   NATO  





Xəbər lenti