CNN: "Rusiya isti havaya görə Ukraynaya hücum etməyəcək" - VİDEO

      CNN:    "Rusiya isti havaya görə Ukraynaya hücum etməyəcək" -  VİDEO
  14 Fevral 2022    Oxunub:3414
Rusiya ilə Ukrayna arasında yaranmış gərginlik hər ötən gün daha da artır. Son günlər hətta Moskvanın qonşusuna hücum edəcəyi dəqiq tarix də səsləndirilir.
Amerikalı jurnalistlər isə yaxın günlərdə Ukraynada müharibənin başlanması ehtimalının sıfıra bərabər olduğunu düşünürlər. AzVision.az xəbər verir ki, CNN telekanalının jurnalistləri belə hesab edirlər ki, Rusiya Silahlı Qüvvələri isti hava səbəbindən fevralın 16-da Ukraynaya hücum edə bilməyəcək.

Keçmiş kəşfiyyatçı amerikalıların zəif yerini açıqladı
Rusiyanın mümkün işğalına dair təhlildə müəllifləri son günlər Qərb KİV-ində səsləndirilən "16 fevral müharibənin başlanma günüdür" başlıqlı informasiyaların qeyri-real görünməsinə işarə vurublar. CNN qeyd edir ki, planlaşdırılan “Putin hücum”u günündə hava çox isti olacaq. Ona görə də rus texnikaları sadəcə olaraq palçığa qərq olacaqlar.



Jurnalistlər Rusiyanın işğalı təxirə sala biləcəyini ehtimal edirlər. Eyni zamanda, məqalənin sonunda Rusiya Silahlı Qüvvələrinin uzaqmənzilli artilleriya, raket və ya təyyarələrdən istifadə edə biləcəyi də qeyd edilir.



Rusiyalı ekspertlər isə belə hesab edirlər ki, artıq Qərb yavaş-yavaş öz "tamaşaçı"larını “Rusiya işğalı”nın olmayacağına hazırlamağa başlayıblar. Bununla belə, hərbi ekspertlər və politoloqlar yeni müharibənin olmayacağı qənaətində də deyilllər. Hətta CNN jurnalistlərinin özləri belə bir fərziyyə irəli sürürlər ki, Rusiya Silahlı Qüvvələri uğurlu hücum üçün daha əlverişli hava şəraiti gözləyirlər.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Müharibə  



Xəbər lenti