Ukrayna Moskvadan işğal əlamətləri görmür

Ukrayna Moskvadan işğal əlamətləri görmür
  14 Fevral 2022    Oxunub:1282
Ukrayna yaxın günlərdə Rusiyadan hücum gözləmir. AzVision.az xəbər verir ki, belə bir qənaətə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov gəlib.
O, qeyd edib ki, Rusiyanın yaxın günlərdə “genişmiqyaslı işğalı” üçün heç bir ilkin şərt görmür.

Zelenski: "Rusiyanı hansı sanksiyalar gözlədiyini bilmirəm"
- Vəziyyət tamamilə nəzarət altındadır. Bu gün biz Rusiya Federasiyası tərəfindən genişmiqyaslı işğalın ayın 16 və ya 17-də baş verə biləcəyi ilə bağlı ilkin şərtləri müşahidə etmirik. Biz bunu görmürük, - o deyib.

Danilov fikirlərinə onu da əlavə edib ki, ölkənin təhlükəsizlik və müdafiə sektoru istənilən çağırışa hazırdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   İşğal  



Xəbər lenti