ABŞ tankları Rusiya sərhədləri yaxınlığında- FOTO

   ABŞ tankları Rusiya sərhədləri yaxınlığında-   FOTO
  16 Fevral 2022    Oxunub:3860
Rusiya ilə Ukrayna arasında yaranan gərginlik artmaqdadır. Son günlər Qərb mediasında iki ölkə arasında başlanacaq müharibənin tarixinə dair proqnozlar da gedir.
Bu gün isə ABŞ tanklarının Rusiya sərhədlərinə yaxın yerləşdirilməsinə dair məlumatlar yayılıb. AzVision.azxəbər verir ki, Rusiya hərbi saytları bununla bağlı fotolar da dərc edib.

"ABŞ sualtı qayığı Rusiya sularında məxfi avadanlıq itirib" - Vzqlyad
- Kalininqrad bölgəsinin həndəvərinə "M1A2 Abrams" döyüş tanklarını yerləşdirib. Müasir hərbi avadanlıqlar, və zirehli maşınlar Rusiya sərhədindən 18 kilometr aralıda görünüb. Polşanın Korşe şəhərində yerli sakinlər ABŞ Silahlı Qüvvələrinə məxsus "M1A2 Abrams" tanklarının daşındığı qatarın diqqət çəkdiyini deyiblər. Qatarlarda tırtıllı zirehli texnikalar və təmir avadanlığı da daşınıb.

Videonu daha çox "Telegram" kanalları paylaşıb. Kadrlarda hərbi texnikanın dəmiryol vasitəsilə daşınması diqqət çəkib. Ehtimallara görə, platformalarda 13-ə yaxın tank və 2 ədəd təmir maşını olub. Tanklarla yüklənmiş eşelonun dəqiq hərəkət marşrutu məlum deyil,-məqalədə yazılıb.




Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Tank   Rusiya  



Xəbər lenti