"Böyük sövdələşmə"nin qurbanı olduq"- Ukraynanın keçmiş iqtisadiyyat naziri

   "Böyük sövdələşmə"nin qurbanı olduq"-    Ukraynanın keçmiş iqtisadiyyat naziri
  17 Fevral 2022    Oxunub:1574
Qərbin “Rusiya işğalı” təhlükəsi ilə bağlı davranışları Ukrayna üçün ağır iqtisadi nəticələrə gətirib çıxardı. Bu fəaliyyət iqtisadi təxribat xarakteri daşıyırdı. AzVision.az xəbər verir ki, bu fikirləri Ukraynanın keçmiş iqtisadiyyat naziri, tanınmış iqtisadçı Viktor Suslov “Qlavred” nəşri üçün yazdığı köşə yazısında qeyd edib.
Onun sözlərinə görə, bazar iqtisadiyyatına malik ölkələr, o cümlədən Ukrayna iqtisadiyyatı sarsıtmağa yönəlmiş informasiya müharibələrinə son dərəcə həssasdır.

- Artıq bir neçə aydır Ukraynada yaranmış vəziyyətin özəlliyi ondan ibarətdir ki, ölkədə sabitliyi pozmaq üçün yaradılan informasiya müharibəsi Kiyev hakimiyyətinin "bizim dostlarımız" , tərəfdaşlarımız adlandırdığı ölkələr Qərb, NATO üzvləri , ilk növbədə ABŞ və Böyük Britaniya tərəfindən başlayıb və intensiv şəkildə aparılır. Bu müharibənin mahiyyəti isə Rusiya hava hücumları, raket zərbələri və zirehli texnikalar vasitəsilə Ukraynanı "işğal" edəcək təhlükəsini gücləndirmək idi, - Suslov yazıb.

Rusiya qərb sərhədlərindəki tank bölmələrini geri çəkir- VİDEO
Keçmiş nazir deyir ki, bu beynəlxalq siyasətin Ukrayna üçün ağır iqtisadi və digər sabitliyi pozan nəticələri olub . İqtisadçı videomüraciətlərinin birində qrivnanın ucuzlaşdığını və yanvar ayı ərzində ölkədən 12,5 milyard dollar kapitalın “qaçırıldığını” elan edən prezident Vladimir Zelenskinin sözlərini xatırladıb.

- Yəni Qərbin Kiyevə münasibətdə etdikləri Ukrayna iqtisadiyyatını sarsıtmağa yönəlmiş iqtisadi təxribat xarakteri daşıyırdı ,- o vurğulayıb.

Suslovun sözlərinə görə, indi Ukrayna Qərbin informasiya müharibəsinin vurduğu itkiləri hesablamağa başlamalıdır. Bundan əlavə, ekspert sərmayədarlarla bağlı da fikir bildirib.

Eks-nazir belə düşünür ki, ölkədən çıxarılan kapital tez bir zamanda geri dönməyəcək. Eyni zamanda, investorlar böyük ehtimalla “belə qəddar təcrübələrə məruz qalan” riskli ölkəyə bir daha investisiya qoymağa üstünlük verməyəcəklər. Suslov ağır itkilərə məruz qalan Ukrayna iqtisadiyyatının bundan sonra da itkilərlə üzləşəcəyini düşünür. Lakin iqtisadiyyat hazırda stabilləşir.

- Biz bizim üçün olan yeni dünyada yaşamalıyıq. Rusiya ilə ABŞ (Qərb-red.) arasında çoxdan gözlənilən "böyük sövdələşmə" bütün əlamətlərə görə yekunlaşmaq üzrədir. O cümlədən Ukraynanın hesabına, - Suslov yazıb.

Qeyd edək ki, son aylar Qərb Rusiyanı Ukrayna ətrafında vəziyyəti gərginləşdirməkdə ittiham edir. Kreml və Rusiya Xarici İşlər Nazirliyi isə bütün ittihamları rədd edərək, Moskvanın Minsk razılaşmalarına əməl etməkdən imtina edən Kiyevdən fərqli olaraq, Ukraynaya aid münaqişədə iştirak etmədiyini və heç bir razılaşmanı pozmadığını vurğulayır.

NATO ölkələrinin ehtiyat etdiyi 100 mindən çox rus hərbçinin sərhədə toplanmasından, genişmiqyaslı təlimlərdən sonra qoşunların tədricən dislokasiya yerlərinə qayıtmasına baxmayaraq, hələ də Qərbdən Rusiyanın təxribatlar hazırladığına dair iddialar gəlməkdə davam edir.

Bazar ertəsi prezident Vladimir Putin xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı da bu istiqamətdə konkret fikirlər sələndirildi. Müdafiə Naziri Putinlə görüşdə “təlimlərin bəzilərinin başa çatmaq üzrə olduğunu, bəzilərinin isə yaxın vaxtlarda yekunlaşacağını” bildirib. Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov isə çərşənbə axşamı jurnalistlərə bildirib ki, Cənub və Qərb hərbi dairələri qoşunları öz yerləşdirmə yerlərinə qaytarmağa başlayıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Qərb   Rusiya   Müharibə   İqtisadiyyat  



Xəbər lenti