Erməni ordusunda casus şəbəkəsi - VİDEO |
Bundan əlavə, casuslar həmkarları arasındakı avtoritetlərindən istifadə edərək hərbi hissələrə, döyüş mövqelərinə soxulmaqla gizli görüntülər lentə alıblar, hərbi texnikanın növlərini və sayını, hərbi hissələrin hərəkətini qeyd ediblər. Həmçinin hərbi xəritələrin fotoşəklini çəkib, digər məlumatları əldə edərək xarici kəşfiyyat orqanlarına ötürüblər",- məlumatda deyilir.
Bildirilir ki, hazırda ibtidai istintaq davam etdirilir, casusluq şəbəkəsində iştirak edən şəxslərin dairəsinin aydınlaşdırılması, o cümlədən Silahlı Qüvvələrdə xarici kəşfiyyat orqanlarının fəaliyyətinin zərərsizləşdirilməsi istiqamətində kompleks əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.
MTX həmçinin onu da bəyan edib ki, dövlətə xəyanət zəminində istintaq idarəsinin başlatdığı digər işlərdə də döyüşçülərin strateji əhəmiyyət kəsb edən məlumat və sənədləri toplamaqla xarici kəşfiyyat xidmətlərinin nümayəndələrinə təhvil verməsinə dair yeni hallar üzə çıxıb.
Xatırladaq ki, bundan öncə qurum casusluq fəaliyyətində şübhəli bilinən 19 hərbçinin müəyyən edilərək saxlanılması barədə məlumat yaymışdı.
Tural Tağıyev
AzVision.az