|
| Ukrayna böhranında Çinin mövqeyi necə olacaq? |
Rusiya hərbi saytları isə məsələyə reaksiya verərək yazıblar ki, bu, Avropanın şərqində yeni hərbi-siyasi böhran başlayandan üzü bu yana Qərb mediasının yaydığı ilk dezinformasiya deyil.
- Xüsusilə qeyd edək ki, "The Washington Post" un istinad etdiyi sənəddə yuxarıda göstərilənlərdən heç birinə dair heç bir kəşfiyyat arayışı və ya digər sübut yoxdur. Xatırladaq ki, Qərb və onun nəzarətində olan media az qala hər gün Rusiyanı Ukraynanın işğalına haqq qazandırmaq üçün təxribatlar hazırlamaqda ittiham edir. Rusiya Federasiyası rəsmiləri isə bu cür ittihamları rədd edir və ölkənin heç kimə hücum etmək niyyətində olmadığı vurğulanır. Bütün bunlara baxmayaraq cümə axşamı Donbasda vəziyyət kəskin şəkildə pisləşdi,-məqalədə yazılıb.
Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.
Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. Hətta son günlər təlimləri başa vuran bölmələrin bir hissəsi ölkənin qərb bölgəsindən daimi dislokasiya bölgələrinə geri qaytarılıb. Buna baxmayaraq ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


