Rusiya Ukrayna sahillərinə 10 döyüş gəmisi göndərib

 Rusiya Ukrayna sahillərinə 10 döyüş gəmisi  göndərib
  21 Fevral 2022    Oxunub:1344
Son günlər Rusiya ilə Ukrayna arasında yaranmış gərginlik pik həddə çatıb. AzVision.az xəbər verir ki, Rusiya hərbi saytları belə bir arzuolunmaz mənzərə fonunda Moskvanın dəniz qüvvələrini gücləndirdiyini yazıb.
Məqalədə qeyd edilir ki, Rusiya Azov dənizinə ən azı 10 döyüş gəmisi göndərib.

The Washington Post: "Aradan götürüləcək ukraynalıların məxfi siyahısı tapılıb"
- Bu gəmilər Ukrayna Silahlı Qüvvələrinin Donbasdakı hücumlarının qarşısını almalı olan hərbi texnika və hərbçiləri də göyərtəsində daşıya bilər,-məqalədə yazılıb.

Məqalə müəlifi qeyd edir ki, sözügedən Rusiya gəmiləri qrupunda 3 böyük desant gəmisi də görüntülənib. Qeyd edilir ki, 10-dan çox hərbi dəniz texnikası Kerç bərə keçidinin yanından Azov dənizinə doğru irəliləyib.



Müəlliflər gəmilərin missiyasının müəmmalı olduğunu da qeyd edirlər. Onlar yalnız qeyd edirlər ki, hazırda Rusiya Federasiyasında 140-dan çox döyüş gəmisi və yardımçı gəmi, 60-dan çox təyyarə, 1000 hərbi texnika və 10 minə yaxın hərbi qulluqçunun iştirak etdiyi irimiqyaslı təlimlər davam edir.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. Hətta son günlər təlimləri başa vuran bölmələrin bir hissəsi ölkənin qərb bölgəsindən daimi dislokasiya bölgələrinə geri qaytarılıb. Buna baxmayaraq ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Gəmi   Təlim  



Xəbər lenti