Litvada NATO-nun iştirakı ilə irimiqyaslı təlimlərə start verildi

   Litvada NATO-nun iştirakı ilə irimiqyaslı təlimlərə start verildi
  21 Fevral 2022    Oxunub:1643
Litvada NATO-nun qabaqcıl döyüş qruplarının iştirakı ilə “Güclü qrifon 2022” adlı hərbi təlimlər başlayıb. xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Litva ordusunun mətbuat xidmətinin yaydığı məlumata istinad edən saytlar Litvanın "Jemaytiya" piyada briqadası tərəfindən təşkil edilən beynəlxalq təlimlərin fevralın 21-dən start götürdüyünü yazıbar.

Rusiya Ukraynanı təxribatda suçladı: 5 əsgər ölüb
Təlimlər martın 9-dək 1500-dən çox hərbi qulluqçu "Pabrade" və "Kazlu Rude" poliqonlarında keçiriləcək. Burada "Jemaytiya" briqadasının, NATO Döyüş Qruplarının, ABŞ-ın rotasiya qüvvələrinin, Könüllü Müdafiə Qüvvələrinin, hərbi polisin, "Jonas Vitkus" Mühəndis Alayının, Hərbi Hava Qüvvələrinin Hava Desant Batalyonunun hərbçiləri, həmçinin Böyük Britaniya quru qüvvələri və digər hərbi birləşmələr iştirak edəcəklər.

Bildirilir ki, bunlar hər il planlaşdırılan təlimlərdir. Məqsəd isə "Jemaytiya" briqadasının bölmələrinin hazırlanması, müttəfiqlərin köməyi ilə müdafiə və hücum əməliyyatlarının aparılması, bölmələrə hibrid təhdidlərə cavab vermək bacarığının öyrədilməsidir.

- Səhra-taktiki təlimlərlə yanaşı, canlı atəş təlimləri də keçiriləcək və bu təlimlər zamanı piyada silahlarından, “Javellin” tank əleyhinə sistemlərdən atışlar həyata keçiriləcək, - məlumatda deyilir.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. Hətta son günlər təlimləri başa vuran bölmələrin bir hissəsi ölkənin qərb bölgəsindən daimi dislokasiya bölgələrinə geri qaytarılıb. Buna baxmayaraq ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Təlim   NATO   Litva  



Xəbər lenti