|
| Separatçılar Ukrayna hərbçilərinə hücum edib: 2 ölü, 14 yaralı-VİDEO |
- Amerika ordusuna məxsus "Boeing RC-135V Rivet Joint" kəşfiyyat təyyarəsi Soçi yaxınlığında görüntülənib. Hadisə fevralın 22-də baş verib. ABŞ HHQ-nin radioelektron kəşfiyyat təyyarəsi Yunanıstanın Krit adasında yerləşən Souda aviabazasından havaya qalxıb. O, Rusiya sərhədlərinə doğru uçaraq bir sıra manevrlər edib.
Təyyarənin uçuşu monitorinq xidmətləri tərəfindən izlənilib. "Flightradar"da onun uçuş sxemi göstərilərək kəşfiyyat təyyarəsinin Rusiyanın Soçi və Novorossiysk şəhərlərinə xeyli yaxınlaşan qeydə alınıb. Sonda təyyarə dönərək Krım yarımadasının sahilləri ilə uçuş həyata keçirib. Bu insidentlə bağlı hələlik heç bir rəsmi şərh verilməyib,-məqalədə yazılıb.
Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.
Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Artıq Rusiya prezidenti Vladimir Putin xalqa müraciət edərək "Luqans" və "Donetsk Xalq Respublikaları"nın müstəqilliyinin tanınması haqqında fərmanlar imzalayıb. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


