Bildirilir ki, hücumda “Qrad” çoxmənzilli raket sistemindən istifadə edilib. Saytlar hücumla bağlı videogörüntüləri də yayıblar.
- Sosial şəbəkələrdə, xüsusən də Telegramdakı hərbi kanallarda "Luqansk Xalq Respublikası"nın ordu qüvvələrinin “Qrad”lardan Ukrayna hərbçilərinin mövqelərini atəşə tutmasına dair görüntülər paylaşılır. "LXR"-a yaxın kanallar qeyd edirlər ki, 60-a yaxın raket atılıb. Zərbə Ukrayna Silahlı Qüvvələrinin Kamışevax qəsəbəsi ərazisindəki möhkəmləndirilmiş məntəqələrinə dəyib. Dağıntı sahəsi 8 hektar olub və Ukrayna ordusu bu ərazidə ciddi itkilər verib. Məlum insidentlə bağlı hələlik rəsmi məlumat yoxdur,-məqalədə yazılıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi Təhlükəsizlik Şurasının fövqəladə geniş iclasından sonra vətəndaşlara müraciət edərək, qondarma "LXR" və "DXR"-in suverenliyini dərhal tanımaq barədə qərar qəbul etməyi zəruri sayıb. Müraciətdən sonra Prezident Kremldə hər iki ərazini tanıyan fərmanlar imzaladı.
Tural Tağıyev
AzVision.az