|
| Stoltenberq: "NATO-nun 100 təyyarəsi hazır vəziyyətə gətirilib" |
- Orada iki ordu yarışırdı. Onlardan biri şərti "Polissya" respublikasına hücum etdi, ikincisi isə onu müdafiəyə qalxdı. Çox güman ki, "Z" işarəsi də həmin əfsanəvi "Qərb" mənasını daşıyıb,-saytlar Baraneçdən sitat gətiriblər.
Xatırladaq ki, üzərində “Z” hərfi aydın şəkildə görünən texnikların video və fotoları internetə sızdıqdan sonra bir çox sosial şəbəkə istifadəçiləri bu mövzu haqqında şayələr yaymağa başladılar. Kimisi işarənin "Zorro"nun imzasını simvolizə etdiyini dedi, bəziləri isə "Zrada", hətta "Zabiraem" sözünün baş hərfi olması versiyalarını irəli sürdü. Sonuncu variant isə daha çox səslənirdi- Donbasın "götürülməsi" mesajı verilir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Təhlükəsizlik Şurasının fövqəladə geniş iclasından sonra vətəndaşlara müraciət edərək, qondarma "LXR" və "DXR"-in suverenliyini dərhal tanımaq barədə qərar qəbul etməyi zəruri sayıb. Müraciətdən sonra Prezident Kremldə hər iki ərazini tanıyan fərmanlar imzaladı.
Son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.
Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Artıq Rusiya prezidenti Vladimir Putin xalqa müraciət edərək "Luqans" və "Donetsk Xalq Respublikaları"nın müstəqilliyinin tanınması haqqında fərmanlar imzalayıb. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


