"Zelenskinin təhlükəsizliyinə hədə yaranarsa, kömək etməyə hazırıq" - Lö Drian

 "Zelenskinin təhlükəsizliyinə hədə yaranarsa, kömək etməyə hazırıq" -  Lö Drian
  25 Fevral 2022    Oxunub:2805
Fransanın xarici işlər naziri Jan İv Lö Drian Ukrayna Prezidenti Volodimir Zelenskinin təhlükəsizliyinə hədə yaranacağı təqdirdə ölkəsinin ona kömək göstərməyə hazır olduğunu bəyan edib.
- Təhlükəsizlik... Zelenski baş verənlərin mərkəzi elementidir və lazım gələrsə, biz ona kömək edə bilərik,- Lö Drian "France Inter" radiostansiyasında deyib.

"Bu gün ən ağır gün olacaq" - Ukrayna DİN rəsmisi
Nazir "Bu yardım Zelenskinin Ukraynadan çıxarılmasını nəzərdə tuturmu?" sualına cavabında bildirib ki, "Biz görülməli olan tədbirləri görəcəyik”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçilərinin bir sıra Ukrayna ərazilərinə daxil olduğu bildirilir. Artıq iki gündür ki, Ukrayananın əksər bölgələrində döyüşlər gedir.

Tural Tağıyev
AzVision.az



Teqlər:  



Xəbər lenti