Çin liderindən çağırış: "Soyuq müharibə zehniyyətindən imtina edin"

      Çin liderindən çağırış:    "Soyuq müharibə zehniyyətindən imtina edin"
  25 Fevral 2022    Oxunub:2083
Çin prezidenti Si Tsinpin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. AzVision.az xəbər verir ki, o, Ukrayna ətrafında yaranmış gərginliyi müzakirə edib.
Çin rəhbəri bununla bağlı açıqlama verərək deyib ki, artıq soyuq müharibə zehniyyətindən imtina edilməli və bütün ölkələrin qanuni təhlükəsizlik maraqlarına hörmət edilməlidir.
Zelenski Putinə danışıqlar təklif etdi - VİDEO

- Çin öz mövqeyini Ukrayna məsələsinin mahiyyətinə əsaslanaraq müəyyən edir. Soyuq müharibə zehniyyətindən imtina etmək, bütün ölkələrin qanuni təhlükəsizlik maraqlarına lazımi əhəmiyyət vermək və onlara hörmət etmək, həmçinin danışıqlar yolu ilə Avropa üçün balanslaşdırılmış, effektiv və davamlı mexanizm qurmaq lazımdır, - Çin Mərkəzi Televiziyası Si Tsinpindən sitat gətirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Çin   Rusiya  



Xəbər lenti