"Polşaya 100 min qaçqın gəlib" - Şefernaker

   "Polşaya 100 min qaçqın gəlib" -    Şefernaker
  26 Fevral 2022    Oxunub:1318
"Son günlər yüz min ukraynalı Polşaya daxil olub". AzVision.az xəbər verir ki, bunu Polşanın daxili işlər və administrasiya nazirinin müavini Pavel Şefernaker jurnalistlərə açıqlamasında deyib.
- Ukraynada hərbi əməliyyatlar başlayandan bu günə qədər bu ölkə ilə bütün sərhəd boyu 100 min insan Polşaya keçib, - Şefernaker deyib.

Onun sözlərinə görə, Polşaya əsasən qadınlar və uşaqlar gəlir. Çünki hərbi çağırış yaşında olan kişilərin Ukrayna ərazisini tərk etməsinə icazə verilmir.

Nazir müavini sərhədin Ukrayna tərəfində uzun növbələrin olduğunu da qeyd edib və humanitar böhranı istisna etməyib.

Hollandiya Kiyevə 200 "Stinger" zenit-raket kompleksi göndərir
- Növbələr humanitar böhranın mümkünlüyünü göstərir. Bu gün səhər saat 7-dən Ukrayna tərəfi avtomobillər üçün keçid məntəqələrində zolaqların bir hissəsini bağlayıb, piyadaların keçməsinə şərait yaradıb, - Şefernaker deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Polşa  



Xəbər lenti