Ukraynadan açıqlama: "AES-in zəbt edilməsi "feyk" xəbərdir"

      Ukraynadan açıqlama:    "AES-in zəbt edilməsi "feyk" xəbərdir"
  28 Fevral 2022    Oxunub:2231
"Rus işğalçılarının Zaporojye Atom Elektrik Stansiyasına(AES) nəzarəti ələ keçirmələri ilə bağlı bəyanatı həqiqəti əks etdirmir. Bu, işğalçıların informasiya müharibəsinin bir hissəsidir". AzVision.az xəbər verir ki, bu barədə "Energoatom"un yaydığı bəyanatda məlumat verilib.
- "Feyknyus"lara fikir verməyin! Zaporojye AES Ukraynanın tam nəzarəti altındadır və stabil işləyərək ölkəni elektrik enerjisi ilə təmin edir, - məlumatda deyilir.
Ukraynada yaşayış binası raketlə vuruludu - VİDEO

Xatırladaq ki, bir müddət öncə yerli sakinlərin Zaporojye vilayətində AES-dən bir qədər aralıda Rusiya hərbi texnikasının kalonlarını çəkməsi barədə görüntülər yayılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:  



Xəbər lenti