Ukraynalılar rus tankları qarşısında himn oxudular - VİDEO

   Ukraynalılar rus tankları qarşısında himn oxudular -    VİDEO
  28 Fevral 2022    Oxunub:3320
Ukraynanın Berdyansk ərazisində yerli sakinlər rusiyalı hərbçilərə himn oxumaqla etiraz ediblər. AzVision.azxəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
- Sakinlər küçəyə çıxarkən ərazidə bir neçə düşmən tankı görüb. Onlar qorxmayıblar və düz rus işğalçılarının qarşısında Ukrayna himnini oxuyublar. Xatırladaq ki, Berdyansk rayonu müvəqqəti olaraq rus qoşunları tərəfindən işğal olunub.

Ukraynadan açıqlama: "AES-in zəbt edilməsi "feyk" xəbərdir"
Berdyansk vilayəti dövlət administrasiyasının məlumatına görə, düşmənin texnikası müxtəlif ərazilərdə müşahidə olunur. Axşam saatlarında Osipenko icmasının yerli sakinləri telefon axtarışında olan işğalçıların evlərə “basqın” etmələri barədə məlumat yaymışdılar, - məqalədə yazılıb.



Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.


Tural Tağıyev
AzVision.az


Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti