"Zelenskiyə sui-qəsd hazırlayan "kadırovçılar" məhv edildi" - Danilov

   "Zelenskiyə sui-qəsd hazırlayan "kadırovçılar" məhv edildi" -    Danilov
  01 Mart 2022    Oxunub:1926
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov ölkə prezidentinə sui-qəsd cəhdi ilə bağlı maraqlı açıqlama verib. AzVision.az xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsd planlaşdıran “elit” kadırovçuların aradan götürüldüyünü deyib.
- Prezidentimizi aradan götürmək üçün bilavasitə kadırovçular tərəfindən həyata keçirilməli olan xüsusi əməliyyat bu gün bizə tam olaraq bəllidir. Və deyə bilərəm ki, biz bu gün bu qanlı müharibədə iştirak etmək arzusunda olmayan Federal Təhlükəsizlik Xidməti nümayəndələrindən məlumat almışıq. Bunun sayəsində deyə bilərəm ki, xüsusi olaraq prezidentimizi aradan götürmək üçün buraya gəlmiş "kadırovçılar" "elit" qrupu məhv edilib, - Danilov deyib.

Kadırov Ukraynada ölən çeçen döyüşçülərin sayını açıqladı
O, bu “Kadırov dəstəsinin” iki qrupa bölündüyünü də bildirib.

- Biz onları izlədik. Bir qrup Qostomeldə əhatəyə alındı. Digər qrup isə indi belə deyək, nişan altındarılar, - Danilov deyib.

Xatırladaq ki, bir neçə gündür sosial mediada Çeçenistandan xeyli sayda xüsusi hərbi qruplaşmaların Ukraynada döyüşə getməsi barədə kadrlar yayılır.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Sui-Qəsd   Zelenski   Ukrayna  



Xəbər lenti