Rusiya bu günə olan itkilərini açıqladı: 498 ölü, 1597 yaralı

   Rusiya bu günə olan itkilərini açıqladı:   498 ölü, 1597 yaralı
  02 Mart 2022    Oxunub:1433
Rusiya Ukraynada müharibə başlayandan bu günə kimi olan itkilərin sayını açıqlayıb. AzVision.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov müharibə statistikalarını açıqlayaraq qarşı tərəfin verdiyi itkilər barədə də məlumat verib.
Onun sözlərinə görə, Rusiya qoşunlarının xüsusi əməliyyatı başlayandan Ukrayna hərbçilərinin itkiləri 2870 nəfər, Rusiya Federasiyası Silahlı Qüvvələrinin isə 498 nəfər təşkil edib.

"Putin Ukraynanı üç günə ələ keçirəcəyini gözləyirdi" - Rusiyalı əsir +VİDEO
- Ukraynanın millətçiləri və hüquq-mühafizə orqanlarının hərbçiləri arasında itkilər var: 2870-dən çox ölü və 3700-ə yaxın yaralı. Təkcə təsdiqlənmiş məlumatlara görə, Ukrayna hüquq-mühafizə orqanlarından əsir götürülən hərbçilərinin sayı 572 nəfərdir, - general jurnalistlərə açıqlamasında deyib.

O həmçinin təəssüflə qeyd edib ki, hərbi əməliyyatda iştirak edən rus hərbçiləri də itkilər veriblər.

- 498 rusiyalı hərbçi xidməti borcunu yerinə yetirərkən həlak olub. Həlak olanların ailələrinə hər cür köməklik göstərilir. 1597 hərbçi yoldaşımız isə yaralanıb, - Konaşenkov qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayn   İtki  



Xəbər lenti