"NATO Ukrayna səmasının qapadılmasını müzakirə edəcək" - Financial Times

   "NATO Ukrayna səmasının qapadılmasını müzakirə edəcək" -    Financial Times
  04 Mart 2022    Oxunub:1618
NATO üzvləri martın 4-də keçiriləcək iclasda Ukrayna səmasının qapadılmasını müzakirə edəcəklər. AzVision.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Bildirilir ki, Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasına(AES) hücumundan sonra Ukrayna üzərində uçuşa qadağa zonasının tətbiqi əsas müzakirə mövzularından biri olacaq.

Kuleba: "NATO yardım etməsə, ölümlərə görə məsuliyyəti bölüşəcək"
- Bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib,-məqalədə yazılıb.

Nəşr Rusiya hərbçilərinin gecə saatlarında Zaporojye Atom Elektrik Stansiyasına hücumunun ABŞ Prezidenti Co Baydeni Rusiyanı dərhal atəşkəsə çağırmağa sövq etdiyinə də diqqət çəkib.

Qeyd edək ki, bir neçə gündür Ukrayna Prezidenti Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba
NATO ölkələrinə Ukrayna səmasınını qapadılması xahişi ilə mürciətlər ünvanlayırlar.


Tural Tağıyev
. AzVision.az



Teqlər:   NATO   Ukrayna  



Xəbər lenti