Rusiya Mariupol və Volnovaxada "sükut rejimi" elan etdi

   Rusiya Mariupol və Volnovaxada    "sükut rejimi"    elan etdi
  05 Mart 2022    Oxunub:2103
Rusiya Mariupol və Volnovaxadan dinc əhalinin ərazidən çıxması üçün "sükut rejimi" elan edib. AzVision.azxəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.
- Bu gün, martın 5-i, Moskva vaxtı ilə səhər saat 10-dan etibarən Rusiya tərəfi "sükut rejimi" elan edir və mülki əhalinin Mariupolla Volnovaxadan çıxması üçün humanitar dəhlizlər açır, - nazirlikdən mediaya verilən açıqlamada deyilir.

"9 günə 39 təyyarə, 40 helikopter vurmuşuq" - Ukrayna Müdafiə Nazirliyi
Məlumatda o da vurğulanır ki, humanitar dəhlizlər və çıxış yolları Ukrayna tərəfi ilə razılaşdırılıb. Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Volnovaxanı 20 minə yaxın, Mariupolu isə 200 min mülki şəxs tərk etmək istəyir.

Hazırda bu iki şəhər Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir, lakin Rusiya ordusu tərəfindən blokadaya alınıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  



Xəbər lenti