Blinken: "Ukraynadakı müharibə artıq Putinin planına uyğun getmir"

      Blinken:    "Ukraynadakı müharibə artıq Putinin planına uyğun getmir"
  05 Mart 2022    Oxunub:2022
ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın Rusiya ilə qarşıdurmada qələbə çalacağına əmin olduğunu deyib. Onun sözlərinə görə, Putin yəqin ki, ukraynalıların belə “qeyri-adi möhkəmliyini” gözləmirdi.
AzVision.az xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində deyib.

Rusiya Mariupol və Volnovaxada "sükut rejimi" elan etdi
- Əgər Moskva hakimiyyəti hansısa yolla devirmək və özünün marionet rejimini qurmaq niyyətində olsa, 45 milyon ukraynalı bu və ya digər şəkildə bundan imtina edəcək, - Blinken deyib.

Blinken qeyd edib ki, müharibə artıq Putinin planlarına uyğun getmir. Ukrayna qoşunlarının güclü müqaviməti rusların 9 gün ərzində ölkə daxilində hərəkət etməsinə mane olub.

ABŞ dövlət katibi hərbi əməliyyatlar tam dayandırılana qədər ABŞ-ın Rusiyaya təzyiqlərini davam etdirəcəyini təsdiqləyib.

O, "Ukraynanın qalib gələcəyinə əminsinizmi" sualına o, belə cavab verib:

"Zaman keçdikcə, mütləq. Bunun nə qədər davam edəcəyini deyə bilmərəm".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   ABŞ   Rusiya   Müharibə  



Xəbər lenti