Kiyev Rusiyanın itkilərini açıqladı: "İndiyədək 10 mindən çox hərbçi öldürülüb"

           Kiyev Rusiyanın itkilərini açıqladı:    "İndiyədək 10 mindən çox hərbçi öldürülüb"
  05 Mart 2022    Oxunub:1559
Müharibə başlayandan bəri Rusiya 10 mindən çox itki verib. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
- Həmçinin itkilər arasında 269 tank, 945 zirehli döyüş maşını, 105 artilleriya sistemi "50 MLRS", 19 hava hücumundan müdafiə sistemi, 3 9 təyyarə, 40 helikopter də var.

Reznikov: "Rusların Ukraynadakı hərbi resursları tükənmək üzrədir"
Bundan başqa 409 avtomobil, 2 yüngül sürət kateri, yanacaq-sürtkü materialları daşıyan 60 çənli maşın, 3 əməliyyat-taktiki PUA-sı da məhv edilib. Ukrayna xalqının Rusiyanın hərbi işğalına qəhrəmancasına müqavimətinin onuncu günü başlayıb.

İşğalçıların birlik və bölmələri ruhdan düşüb, işğalçı ordunun əsgər və zabitləri Ukrayna torpaqlarında silah və texnikalarını qoyaraq təslim olmaqda və ya qaçmaqda davam edirlər.

Aktiv döyüş əməliyyatları təkcə ukraynalı müdafiəçilərin silahlı birləşmələri tərəfindən deyil, sadə silahsız insanlar tərəfindən də aparılır, düşmənə ziyan vurulur, onlar işğalçıya öz vətəndaş mövqeyini nümayiş etdirərək, rusları psixoloji məğlubiyyətə uğradırlar, - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   İtki  



Xəbər lenti