Ukrayna Rusiyanın itkilərini açıqladı - 12 min hərbçi

         Ukrayna Rusiyanın itkilərini açıqladı -    12 min hərbçi
  08 Mart 2022    Oxunub:1358
Ukrayna Rusiya ordusunun verdiyi itkilərlə bağlı statistikanı açıqlayıb. AzVision.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda 12 gündür davam edən müharibədə qarşı tərəfin böyük itkilər verdiyi açıqlanıb.
- Bu müddət ərzində Ukrayna Silahlı Qüvvələri 12 min ə yaxın işğalçını məhv edib. Düşmənin ümumi döyüş itkiləri isə belədir:

Ukraynalı mer: "Ölüləri basdıra bilmirik, cəsədləri itlər aparır"
Təxminən 12 min hərbçi, 30 3 tank, 1036 zirehli döyüş maşınları, 120
artilleriya sistemləri, 56 MLRS.

Bundan başqa, digər itkilərin statistikası isə belədir: hava hücumundan müdafiə sistemləri - 2 7 , təyyarə - 48 , helikopterlər - 80 ədəd, avtomobil texnikaları - 474 , gəmi və ya qayıqlar - 3 ədəd, yanacaq və sürtkü materialları daşıyan çənlər- 60 , PUA - 7. Ümumilikdə bütün məlumatlar operativ şəkildə dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir. Baş Qərargah ukraynalıları yalnız etibarlı mənbələrə etibar etməyə, panikaya düşməməyə və ümumi müqaviməti davam etdirməyə çağırır, - yerli media yazıb.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üç raundu fevralın 28-i, martın 3-ü və 7-də Belarus ərazisində baş tutub. İkinci raundda tərəflər vətəndaşların təxliyyəsi, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər. Danışıqların dördüncü raundu yaxın gələcəkdə baş tutacağı bildiriir.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Prezident Vladimir Putin məqsədinin “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” olduğunu açıqlayıb. Müharibə "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi adı altında aparılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   İtki   Müharibə  



Xəbər lenti