|
| Ukrayna Rusiyanın itkilərini açıqladı - 12 min hərbçi |
Bundan başqa Konaşenkovun sözlərinə görə bir gündə Rusiya Aerokosmik Qüvvələri Ukraynada 158 hərbi obyekti məhv edib.
- Son sutka ərzində Rusiya Aerokosmik Qüvvələrinin bombardmançı və hücumçu təyyarələri Ukrayna ərazisində 158 hərbi obyekti məhv edib. Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki MiQ-29 və bir Su-27 təyyarəsini isə havada vurub. Həmçinin, 2 S-300 zenit-raket kompleksi diviziyası, 3 ədəd Buk M-1 özü yeriyən atəş sistemləri, 4 komanda məntəqəsi, 2 radiolokasiya stansiyası, 9 sursat anbarı və silah, hərbi texnikanın cəmləşdiyi 11 ərazi də vurulub , - Konaşenkov deyib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Prezident Vladimir Putin məqsədinin “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” olduğunu açıqlayıb. Müharibə "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi adı altında aparılır.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


