Ukraynada keçmiş deputat müəmmalı şəkildə öldü

Ukraynada keçmiş deputat müəmmalı şəkildə öldü
  10 Mart 2022    Oxunub:1229
Ukraynada keçmiş deputat Yevgeni Deydey vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, onun ölümü barədə məlumatı bu gün həyat yoldaşı Darina İnstaqramda paylaşıb.

Ukraynada deputat oğurlanıb
- Lakin Darina onun ölümünün hansı şəraitdə baş verdiyi barədə təfərrüatları qeyd etməyib. O qeyd edib ki, "İndi nə edəcəyimi necə yaşayacağımı bilmirəm. Yalnız onu bilirəm ki, səni ölənə qədər sevirəm və əbədi olaraq həyat yoldaşın kimi qalacam". Evgeni Deydey 12 iyul 1987-ci ildə Odessa vilayətinin Reni şəhərində anadan olub.
O, Xalq Cəbhəsi fraksiyasından olan keçmiş xalq deputatıdır. 2020-2021-ci illərdə Yevgeni Deydey Kiyev Milli Polisinin baş idarəsi rəisinin köməkçisi olub, - məqalədə yazılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə onun müəmmalı ölümünü hazırda ölkədə baş verən döyüşlərlə əlaqələndirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Deputat  



Xəbər lenti