Şoyqu yaralı hərbçiləri təltif etdi

   Şoyqu yaralı hərbçiləri təltif etdi
  11 Mart 2022    Oxunub:1396
Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbçiləri təltif edib. AzVision.az xəbər verir ki, bu barəd yerli media məlumat yayıb.
Bildirilir ki, P.V. Mandrıka adına Mərkəzi Hərbi Klinik Hospitalda Ukraynada keçirilən xüsusi əməliyyat zamanı fərqlənən rus hərbçilərinə dövlət mükafatlarını təqdim edib. Mükafatlar Rusiya Qəhrəmanı ulduzu, "İgidliyə görə" ordeni və 10 "Hünərə görə" medalı olub.

Ukraynada rusların elit döyüşçüsü məhv edildi
Şoyqunun sözlərinə görə, mükafatlandırılanların hamısı öz vəzifələrini ləyaqətlə yerinə yetiriblər. Nazir onlara xidmətlərinə görə təşəkkür edib və tezliklə sağalmalarını arzulayıb.

Xatırladaq ki, bundan öncə Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə bütün hərbi qulluqçular dövlət mükafatlarına layiq görülüblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya  



Xəbər lenti