Rusiyadakı böhran İrəvanda güzgü effekti verəcək - Erməni ekspertlər

   Rusiyadakı böhran İrəvanda    güzgü effekti    verəcək -    Erməni ekspertlər
  11 Mart 2022    Oxunub:991
Rusiyada Qərbin sanksiyaları nəticəsində yarana biləcək iqtisadi problemlər və işsizliyin artması Ermənistanın sosial-iqtisadi vəziyyətinə də mənfi təsir göstərəcək. AzVision.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə kafedrasının müdiri Karlen Xaçatryan jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.
- Rusiyadakı iqtisadi problemlər bu ölkədə işləyən soydaşlarımızın gəlirlərinə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Rusiyadan köçürmələr ümumi məbləğin 40%-dən çoxunu təşkil edir. Deməli, əmək miqrantlarının ailələrinin də maddi vəziyyəti pisləşəcək. Və bu, öz növbəsində daxili istehlakı azalda bilər, - Xaçatryan deyib.

ABŞ-ın neft sanksiyası Rusiyanı nokdauna salacaqmı – Şərh
Ermənistanda ərzaq təhlükəsizliyi ilə bağlı problemlərə gəlincə, ekspert vurğulayıb ki, mütəxəssislər son günlər bu mövzuda öz narahatlıqlarını ifadə edirlər. Lakin hökumət rəsmiləri hadisələrin belə inkişaf edəcəyini mümkün saymırlar.



“Amberd” tədqiqat mərkəzinin eksperti Meri Hovsepyan isə qeyd edib ki, Rusiyada bəzi mütəxəssislərin proqnozlaşdırdığı 6-10%-lik iqtisadi tənəzzül qeydə alınarsa, Ermənistanda bu rəqəm 4-6% olacaq.

O qeyd edib ki, tədarük marşrutları artıq pozulub, Ermənistan məhsullarının Rusiya və Ukrayna bazarlarına ixracı xeyli azalıb. Sanksiyalar təkcə Rusiya və onun ticarət tərəfdaşlarının iqtisadi vəziyyətinə deyil, həm də bütövlükdə qlobal iqtisadiyyata, o cümlədən sanksiyalar tətbiq edən ölkələrə mənfi təsir göstərir.



Eyni zamanda, Hovsepyan onu da vurğulayıb ki, Ermənistan yerli məhsullarının ixracını təşkil edə bilsə, həmçinin Rusiya Federasiyası, Belarus və Ukraynadan İrəvana gələcək əmək miqrantlarının axınından yararlana bilsə, o zaman ölkə mövcud vəziyyətdən faydalana bilər. Çünki o miqrantların arasında xeyli yüksək səviyyəli ixtisaslı kadrlar da olur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İqtisadiyyat   Rusiya   Ermənistan  



Xəbər lenti