|
| Rusiyadakı böhran İrəvanın ərzaq bazarını "vurdu" |
- İrəvanda və ümumiyyətlə ölkədə insanlar elə bir təlaş içindədirlər ki, un və yağ alarkən xeyli ehtiyat yığır, sanki dünyanın sonu olduğunu göstərirlər, ya da özlərini dəli kimi aparırlar... Amma bütün bunlar onun nəticəsidir ki, bu insanlar yuxarıda oturanlara, yalançı hakimiyyətə inanmırlar. Onlar artıq bir dəfə minlərlə insanın öldürülməsinə səbəb olana inanıblar. Bu cür idarəçiliyə sahib olmağın qiyməti budur və hər şey eyni məntiqlə irəliləyir. Bir gün onlardan(Rəhbərlərdən-red.) birinin ac izdiham tərəfindən yeyildiyini öyrənəcəyik, - Samsonyan deyib.
Qeyd edək ki, son günlər Ermənistanda ərzaq məhsullarının qiyməti yüksək templə artır. Mütəxəssislər bunu İrəvanın iqtisadi cəhətdən Rusiya ilə daha çox bağlı olmasıyla əlaqələndirirlər. Bahalaşma daha çox yağ və şəkər tozunda müşahidə edilir.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


