Mirzoyan: “Ümid edirəm tezliklə nəticələri görəcəyik”

      Mirzoyan:    “Ümid edirəm tezliklə nəticələri görəcəyik”
  12 Mart 2022    Oxunub:1329
"Ermənistan bölgədə sülhün bərqərar olmasına hazırdır". AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra deyib.
- Biz hər iki tərəfin heç bir ilkin şərt olmadan münasibətlərin qurulması və normallaşdırılmasının davam etdirilməsinə, sərhədlərin açılmasına hazır olduğunu təsdiqləyirik, - Mirzoyan deyib.

Çavuşoğlu erməni həmkarı ilə görüşüb
Onun sözlərinə görə, iki ölkənin xüsusi nümayəndələri bu istiqamətdə işləri davam etdirirlər. Nazir müsbət nəticələrin tezliklə nəzərə çarpacağına ümid etdiyini bildirib.

- Mən regionun bütün xalqlarının və dövlətlərinin sülh, sabitlik qurmağa çalışdığını görməkdən şadam. Demək istəyirəm ki, Ermənistan regionda sülhün bərqərar olmasına hazırdır, - nazir qeyd edib.

Xatırladaq ki, bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər. Nazirlər iki ölkə arasında əlaqələrin bərpası və regional məsələləri müzakirə ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Türkiyə   Ermənistan  



Xəbər lenti