"Azov" alayı rus generalı öldürüb - FOTO

    "Azov" alayı rus generalı öldürüb -    FOTO
  15 Mart 2022    Oxunub:2314
Ukrayna mediası daha bir rusiyalı generalın öldürülməsi barədə məlumat yayıb. Bildirilir ki, generalın cəsədinin şəkilini "Azov" alayı telegramda yayıb.
- Bu gün, martın 15-də “Azov” alayının hərbçiləri işğalçı qoşunların general-mayorunu məhv edib. Öldürülən yüksək rütbəli rus hərbçisinin ad və soyadı hələlik məlum deyil. Xatırladaq ki, Mariupoldakı ağır döyüşlərdə "Azov" alayı düşmənin xeyli ağır texnikasını məhv edib.

Ukraynada günə 2 min dollara döyüşən muzdlu axtarılır
Bundan əlavə, Baş Qərargah məlumat yayıb ki, martın 14-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri dörd helikopteri, bir təyyarəni vurub, bir qırıcı isə düşmənin qanadlı raketini məhv edib, - məqalədə yazılıb.



Tural Tağıyev
AzVision.az



Teqlər:   General   Ukrayna   Rusiya  



Xəbər lenti