O qeyd edib ki, Çin həm Rusiya, həm də Ukraynanın ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, dünyanın ən böyük xam neft və təbii qaz idxalçısıdır. Səfir həmçinin fikirlərinə onu da əlavə edib ki, işğal zamanı Ukraynada 6000-dən çox Çin vətəndaşı olub.
|
| “The Guardian”: "Çin Rusiyaya iqtisadi yardım etmək qərarına gəlib" |
Çin diplomatı həmçinin qeyd edib ki, bütün ölkələrin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir.
- Ukrayna ilə bağlı Çinin mövqeyi obyektiv və qərəzsizdir: BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə tam riayət etmək, həmçinin bütün ölkələrin, o cümlədən Ukraynanın suverenliyi, ərazi bütövlüyünə hörmət etmək lazımdır, - o deyib.
Səfir həmçinin Tayvan məsələsi ilə Ukraynanı əlaqələndirməməyə çağırıb.
- Ukrayna suveren dövlətdir, Tayvan isə Çin ərazisinin ayrılmaz hissəsidir. Tayvan məsələsi Çinin daxili işidir, - səfir yazıb.
O qeyd edib ki, Çin Ukraynada sülhün tərəfdarıdır və “öz gücləri daxilində əllərindən gələn hər şeyi etməyə hazırdırlar”.
Çin Qang fikirlərini belə yekunlaşdırdı: "Bizim əsas məqsədimiz müharibəni bitirmək, regional və qlobal sabitliyi qorumaqdır".
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


